BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir


Dünya 11 Dek 2018 08:10:00 253 0

BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkir

Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib.

"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.