90 faiz halda ağ ciyər xərçənginin qarşısını almaq gücünə malikdir


Digərləri 10 Dek 2018 23:48:00 341 0

90 faiz halda ağ ciyər xərçənginin qarşısını almaq gücünə malikdir

Yetişənə qədər sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu həm qədim, həm də müasir bitkidir. Ona görə qədimdir ki, 5 min ildən çox yaşı var. Ona görə müasirdir ki, onun sağlamlıq üçün əhəmiyyəti son illər yenidən gündəmə gəlib.

Deyilənə görə, Yaqub peyğəmbər səhrada çörək əvəzinə onu yeyirmiş və bəzən onun "Yaqub peyğəmbərin çörəyi" adlandırılması da həmin rəvayətlə bağlıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, keçibuynuzu ağacının hündürlüyü 8-10 metrə çatır, əkiləndən sonra 15 il meyvə vermir. Digər bir adı da Harnup olan meyvə planetimizn ən qədim bitkilərindən biridir və cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Əlcəzair, Fələstin və Liviyada bitir. Keçibuynuzu ağacı bar gətirəndə yüz kiloqramlarla məhsul verir. Onu toz halında və çiy şəkildə yeyir və bəhməz hazırlayırlar. Bir neçə yüz il əvvəl şirniyyatlarda şəkər əvəzi kimi onun meyvələrindən istifadə olunurdu. Ağ şəkər istehsalına başlanılandan sonra ondan imtina edilib və qidadakı rolu bir qədər unudulub.

Nəfəs darlığına qarşı keçibuynuzu meyvəsində olan maddə demək olar ki, heç bir bitkidə yoxdur. Bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür. Keçibuynuzu allergiya, astma və xərçəng əleyhinə, mikroblara qarşı, ishal və qəbizliyə qarşı yaxşı təsir edir, qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflicinin qarşısını alır. Çəyirdəkləri üyüdülərək süd və balla qəhvə kimi bişirilir və bəhməz hazırlanır.