Diqqət! Burnunuzdan qan gəlirsə...


Digərləri 10 Dek 2018 23:25:00 250 0

Diqqət!  Burnunuzdan qan gəlirsə...

Qaraciyər orqanizmdə yaranan toksinlərin neytrallaşmasında rol oynayan fermentlər və hormonlar ifraz edən olan ən böyük vəzdir.  Amma vaxt keçdikcə bu vəz müxtəlif amillərin təsiri ilə zəhərli maddələrlə "çirklənir".  

Belə olan halda onun üzərinə daha ağır yük düşür. Qaraciyər heç də həmişə öz işinin öhdəsindən gələ bilmir. Hətta bu orqanın iflasının kiçik əlamətləri zamanı belə təcili olaraq həkimə müraciət etmək mütləqdir. 

Son.az medicina.az-a istinadən bu zaman diqqət yetirməli olduğunuz 9 əlaməti təqdim edir. 

1. Qarının yuxarı hissəsində ağırlıq və ya ağrı hissi

Əgər siz çox yağlı yeməklər yeyirsinizsə, o zaman bu qaraciyər böyüməsinə səbəb ola bilər. Nəticədə döş qəfəsinə və qarın boşluğunun yuxarı hissəsinə olan təzyiq çoxalır. Şişmiş mədə həmçinin qaraciyərin toksinlərlə dolmasına bir işarədir. 

2. Ürək bulanması

Ürək bulanması - qaraciyərin qaydada olmamasına bir işarədir. Yağlı qida qəbul etdikdən sonra siz özünüzü pis hiss edə bilərsiniz. Bağırsaqda ağırlıq, ürək bulanması, baş gicəllənməsi, bəzən isə qusma və bağırsaq pozulması kimi əlamətlərə diqqət yetirin. 

3. Həssas dəri və göz almasının saralması

Əgər sizin qaraciyəriniz toksinlərlə dolubsa, bu özünü sizin dərinizdə səpgi və qıcıqlanma şəklində büruzə verəcək. Hətta sizin göz almanız da sarala bilər. Bu əsasən qanda bilrubinin çoxalması və qaraciyərin onu neytrallaşdıra bilməməsindən irəli gəlir. 

4. Yorğunluq və zəiflik

Qaraciyər problemi olan insanlar həmişə özlərini yorğun hiss edir, iştahsız olurlar. Əgər bu əlamətlər daimidirsə, o zaman həkimə müraciət olunmalıdır. 

5. İstilik

Çox hallarda qaraciyər problemi olan insanların qarın hissəsində ağrı olur. Bu zaman orqanizmin temperaturunu izləmək vacibdir. Çünki əgər temperatur artarsa bu qaraciyərdə başlayan iltihabı prosesin xəbərçisi ola bilər.