Alport sindromu və onun fəsadları


Digərləri 10 Dek 2018 23:10:00 322 0

Alport sindromu və onun fəsadları

Alport sindromu görmə və eşitmə funksiyalarının pozulması ilə birgə müşahidə olunan irsi böyrək xəstəliyidir. Xəstəlik genetik olaraq, yəni autsom ressesiv yolla ötürülür. Sindrom hüceyrənin X xromosomunda IV tip kollagendə baş verən mutasiya ilə bağlı olaraq yaranır.

Son.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nefrologiya şöbəsinin həkim-nefroloqu Orxan Quliyev məlumat verib.

Xəstəliyin əlamətləri haqqında danışan O.Quliyev bildirib ki, bunlara sidikdə hematuriya, yəni nəzərəçarpacaq rəng dəyişikliyi, aşağı ətraflarda proteinuriya-şişkinlik, görmə və eşitmə pozuntuları daxildir. Bundan əlavə əsasən kişilərdə problem özünü renal yetməzlik, yəni böyrək çatışmazlığı ilə müşahidə olunan xroniki gedişatla büruzə verir. Xəstəliyin ilkin əlaməti hematuriyadır. Lakin zaman keçdikcə proteinuriya da meydana gəlir.