Məşhur fizik: "30 il ötsə də, yadplanetlilər məni izləyirlər"


Digərləri 10 Dek 2018 22:52:00 370 0

Məşhur fizik: "30 il ötsə də, yadplanetlilər məni izləyirlər"

59 yaşlı amerikalı fizik Robert Skott Lazar ufologiyanın dühası sayılır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, məhz Lazar 30 il əvvəl "51-ci Zona"da yadplanetli texnologiya olduğunu və burada məxfi uçan aparatlar istehsal edildiyini dünyaya bəyan etmişdi.

Lazarın bəhs etdikləri güclü effektə sahib oldu və təkcə ufologiya və konspirologiyanın yox, kino sənayesi və serial sahəsinin də inkişafına təkan verdi. 1980-ci illərdə Lazar Las-Alamoss elmi-tədqiqat mərkəzində işlədi. Sonradan isə "51-ci Zona"nın yanındakı bazaya köçürüldü. Onun sözlərinə əsasən, yadplanetli gəmilərdən əldə edilən texnologiya əsasında hazırlanan qravitasiya mühərriklərinin istehsalında iştirak edib.

1989-cu ilin may ayında Lazar "Dennis" ləqəbi ilə üzünü gizlədərək Las-Veqasda telekanala müsahibə verib. O, bildirib ki, "S-4" bazasında işləyib və dağın ətəyində məxfi aviasiya anqarı var. Lazar qeyd edib ki, UNO-lara bənzər uçan aparatlar üzərində işləyib və anqarda 9 belə aparat olub.

Bir neçə ay sonra Bob Lazar Knappa müsahibə verdi və bu zaman üzünü gizlətmirdi və əsl adından istifadə edib. O, bildirib ki, aparatlar 115 elementi ilə işləyir (4 il sonra rəsmi olaraq bu maddə barədə məlumat verdi və maddə Moskoviy adlandırıldı). Aparatların mühərrikləri isə qravitasiya dalğaları əsasında işləyir.

Sonradan Lazar iddia etdi ki, "Boz" yadplanetlilərin son 10 min il ərzində bəşəriyyət tarixinə müdaxiləsi barədə sənədləri şəxsən görüb. Lazarın müsahibələri bir sıra nüfuzlu qəzet və jurnallarda dərc edildi. Milyonlarla insan UNO ilə maraqlanmağa başladı.

O dövrdən sonra Lazar nadir hallarda müsahibə verməyə başladı. Onun iştirakı ilə bu yaxınlarda "Bob Lazar: "Area 51 and Flying Saucers" sənədli filmi işıq üzü gördü. Filmin rejissoru Ceremi Korbella idi və o, 13 yaşı olanda Lazarın müsahibəsinə televiziya ilə baxaraq pərəstişkarına çevrilmişdi.

Alimin sözlərinə əsasən, sirri faş etdiyi üçün ABŞ hökuməti onu hələ də bağışlamır və dövlət sirrini açıqladığı üçün 1990-cı illərdə müntəzəm olaraq təhdid edib. Bundan başqa Lazar casusluqda da ittiham edilib. Yeni filmdəki kadrlara əsasən, 1989-cu ildən bu yana Bob çox az dəyişib. Həmişəki kimi eyni saç düzümü və sakit xarakteri var. Alim heç vaxt UNO fanatı olmayıb, psixi problemləri olmayıb. Bu səbəbdən də onun sözlərinə insanların inanması təəccüblü deyil.