Gürcüstanda mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib FOTO


Digərləri 10 Dek 2018 21:12:00 277 0

Gürcüstanda mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib  FOTO

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun meri David Şerazadişvili rayonun Naxiduri kəndinin 18 yaşlı fiziki məhdudiyyətli sakini Leyla İsmayılovanın arzusunu yerinə yetirib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Bolnisi rayon bələdiyyəsi məlumat yayıb.

L.İsmayılova bir neçə ay öncə kənddə sosial təminatsız və məhdud fiziki imkanlı qadınlarla bağlı keçirilmiş görüşdə şəxsi kompüterinin olmasını arzu etdiyini bildirib. O, noutbukun onun cəmiyyətə inteqrasiyasına və daha fəal olmasına kömək edəcəyini deyib.


Xəbərə aid fotolar