“Fitch” Azərbaycandakı kredit və depozitlərdə


Digərləri 10 Dek 2018 20:16:00 214 0

“Fitch” Azərbaycandakı kredit və depozitlərdə

"2016-2018-ci ilin I yarısı ərzində Azərbaycanda kredit və depozitlərdə dollarlaşma səviyyəsi azalıb".

Son.az Report-a istinadən bildirir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2019 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" ("Fitch Ratings 2019 Outlook: CIS & Georgian Banks") adlı hesabatında deyilir.

"Fitch" analitikləri hesab edirlər ki, kreditlərdə yüksək dollarlaşma bank sektorunda aktivlərin keyfiyyətinə təzyiq göstərir: "Çünki borcalanların əksəriyyətinin gəlirləri xarici valyutada olmadığından onlar öz öhdəliklərini yetirə bilmirlər. Kredit və depozitlərdə dollarlaşma səviyyəsi hələ də Azərbaycanın bank sektoru üçün əsas risklərdən sayılır".