"Sarı jiletlilər" kütləvi şəkildə mağazaları talan edirlər


Dünya 10 Dek 2018 19:32:00 240 0

"Sarı jiletlilər" kütləvi şəkildə mağazaları talan edirlər

Fransada vergilərin azaldılması üçün küçələrə axışan etirazçılar bu dəfə də geyim mağazalarına hücum ediblər. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, etirazçıların geyim mağazalarını talaması ilə bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb.

Məlumata görə, hökumətin vergi siyasətinə qarşı keçirilən son etiraz aksiyasında 1500-dən artıq etirazçı iştirak edib.

Xatırladaq ki, ötən aydan etibarən "sarı jiletlilər" adlanan etirazçılar Fransada benzin və benzinə tətbiq olunan yeni vergilərin ləğv edilməsi tələbi ilə müxtəlif şəhərlərdə aksiya keçirirlər.