“Fransadakı hadisələrə lal, kar və kor oldular”


Dünya 10 Dek 2018 16:40:00 286 0

“Fransadakı hadisələrə lal, kar və kor oldular”

"İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlər, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən "İnsanlığın mədəniyyəti" və "İnsanlığa ümid: Türkiyə" adlı tədbirdə bildirib.

"Gəzi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüts deyillər" - deyə Rəcəb Tayib Ərdoğan vurğulayıb.