110 dövlət əmlakı özəlləşdirilir - VAXT


Digərləri 10 Dek 2018 16:05:02 218 0

110 dövlət əmlakı özəlləşdirilir - VAXT

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq.

Bakı. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 15 yanvar tarixində reallaşacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Əlverişli biznes imkanlarına malik dövlət obyektlərinə Qaxdakı Əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonasını misal göstərə bilərik. İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kv.m-dir.