Qalmaqallı tutulmanın təfərrüatı:


Digərləri 10 Dek 2018 13:27:00 386 0

Qalmaqallı tutulmanın təfərrüatı:

Dünyanın ən böyük texnologiya şirkətlərindən birinin - Çinin Huawei korporasiyasının maliyyə direktoru Men Vançjounun Kanadada saxlanmasının təfərrüatları bəlli olub.

Son.az Standard-a istinadən bildirir ki, ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, M.Vançjounun 7 pasportu varmış. O, Şonkonqun 3, Çinin isə 4 pasportundan 11 il isifadə edib.

Men Vançjou ad və soyadını dəfələrlə dəyişərək bu pasportları alıb. Halbuki Çində və Honkonqda bir adamın bir neçə pasport gəzdirməsi qəti qadağandır.

Vançjou 2014-2017-ci illərdə Honkonq pasportu ilə ABŞ və Kanadada 33 dəfə olub.