Natavanla Səidə arasında nə baş verir?


Şou-biznes 10 Dek 2018 12:46:00 269 0

Natavanla Səidə arasında nə baş verir?

Düzünü desək, mən incimişəm. Umduğum yerdən küsmüşəm, buna haqqım da var. Heç kəs gəlib deyə bilməz ki, düz eləməmisən. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "ATV maqazin onlarla"ya açıqlamasında bildirib. O, proqrama danışarkən həmkarı Natavan Həbibi ilə hələ də küsülü olduğunu qeyd edib:

"Bizim illərimiz, ortada kəsdiyimiz çörək var. Səbəbi budur ki, öz aramızda olan məsələdir. Biz bu məsələni danışsaq, daha sonra barışsaq, insanların gözündən düşəcəyik. Belə şey istəmirəm. Natavan mənim doğmam, əzizimdir. O, mənə yad ola bilməz.  Bəlkə də, bu şou-biznes qaydalarına uyğun deyil. Mən şou-biznesdə özümü hiss etməmişəm. Yoxsa oranın qaydalarına uyğun oynayardım".