İnformasiya Texnologiyaları sahəsində ilin direktoru! (FOTO)


Digərləri 10 Dek 2018 12:00:00 408 0

İnformasiya Texnologiyaları sahəsində ilin direktoru! (FOTO)

“Bakutel”in dəstəyi və Azərbaycan Qadınları İKT-də - “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mükafatlarının təqdimat mərasimi keçirilib.

Bakı. “Bakutel”in dəstəyi və Azərbaycan Qadınları İKT-də - “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mükafatlarının təqdimat mərasimi keçirilib. 5 dekabr tarixində builki mükafatlandırma mərasimi həyata keçirilib və tədbirdə "Goldenpay" şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva “Xüsusi innovasiya, İT sahəsində mükəmməl xidmət və liderlik nümayiş etdirmiş qadın TƏSİSÇİ, BAŞ DİREKTOR və yaxud İT sahəsində DİREKTOR” nominasiyası üzrə mükafata layiq görülüb. Naina xanım bu sahədəki təcrübəsi, idarəçilik qabiliyyəti, əldə etdiyi uğurlar ilə İT və texnologiya sahəsi üzrə fəaliyyət göstərən gənc qadın rəhbərlərə gələcək işlərində örnək olmağı və onlara stimul verməyi hər zaman bacarıb. “Femmes Digitales”- Azərbaycan Qadınları İT klubu tərəfindən təşkil edilmiş Azərbaycan Qadınlarının İT sahəsində mükafatlandırılması (AWITA) tədbirinin əsas məqsədi İT sektorunda nüfuzlu şəxslərə çevrilmiş öndə gedən istedadlı və lider qadınların uğurlarını nümayiş etdirmək və eyni zamanda gənc qadınlar üçün yeni vəzifə modellərinin müəyyən edilməsi üçün də bir platforma rolunu oynamaqdır. AWITA mükafatı İT və texnologiya sahəsində peşəkar nailiyyətləri və nəticələri qiymətləndirməklə, İT sahəsində qadınların əldə etdikləri uğurları nümayiş etdirmək üçün önəmli bir mükafatdır.