Qanunsuz saxlanılan silahlar aşkar edilərək götürülüb


Digərləri 10 Dek 2018 11:56:00 231 0

Qanunsuz saxlanılan silahlar aşkar edilərək götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bakı. Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi İslamovdan “Naqan” markalı tapança, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Bəylik kənd sakini Zamiq Yolçuyevdən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları isə Qüdasar kənd sakini Qabil Quliyevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngləri götürüblər.