Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb


Digərləri 10 Dek 2018 11:20:00 219 0

Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.