“Ay zibil” Bərbad dublyajın günahkarı kimdir?


Digərləri 10 Dek 2018 09:17:00 239 0

“Ay zibil”  Bərbad dublyajın günahkarı kimdir?

Azərbaycan telekanallarında nümayiş olunan xarici filmlərin dublyajının keyfiyyətsizliyi ilə bağlı iradlar səngimir

Uzun müddətdir ki, . Baxmayaraq ki, yerli telekanalların əksəriyyətində dublyaj redaksiyaları var və xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi üçün bütöv bir heyət çalışır. Lakin dublyaj redaksiyalarının fəaliyyəti yenə də haqlı tənqidlərə əsas verir. Tamaşaçıları narazı salan əsas məqamlardan biri xarici filmlərin bərbad tərcüməsi, qeyri-peşəkar səsləndirmə və emosiyaların düzgün çatdırılmamasıdır. Bu iradlar zaman-zaman müzakirə mömzusu olsa da, müsbətə doğru hər hansı dəişiklik müşahidə edilmir.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da problemin kifayət qədər aktual olduğunu diqqətə çatdırıb. Millət vəkili bu sahədə ciddi nöqsanlar olduğunu vurğulayıb: "Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm, burada nöqsanlar kifayət qədərdir".

Bəs biz nə zaman dünya ölkələri ilə ayaqlaşıb, keyfiyyətli dublyaja nail olacağıq?

Son.az bildirir ki, yenicag.az məsələ ilə bağlı məqalə hazırlayıb.

Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyli televiziyalarda dublyajın səviyyəsinin aşağı olmasının səbəbini texniki heyətin olmaması ilə əlaqələndirib:

"Televiziyalarda peşəkar dublyajla məşğul olan texniki heyət yoxdur. Orada yalnız sinxron tərcümə ilə məşğul olurlar. Aktyorları da qınamalı deyil. Onlar film nümayiş oluna-oluna mətni oxuyurlar. İmkanları çatan qədər obrazın əhval-ruhiyyəsini ifadə etməyə çalışırlar. Çox vaxt bir aktyor bir neçə obrazı səsləndirir. O da bacardığı səviyyədə. Dublyaj xüsusi sənət növüdür. Sinxron, yaradıcılıq, rejissura - bunlar hamısı bir-biri ilə vəhdət təşkil etməlidir. Eyni zamanda, bahalı sənət növüdür. Necə deyərlər, ucuz ətin şorbası olmaz. Əvvəllər Cəfər Cabbarlı adına Kinostudiyada peşəkar dublyaj redaksiyası olub. Orada peşəkar texniki heyət çalışırdı. Bir filmin dublyajı üçün kadrlar hissə-hissə kəsilirdi. Mətnlər oxunurdu, sonda ortaya keyfiyyətli iş çıxırdı. İndi belə deyil".

Rejissor çıxış yolunu da göstərib:

"Özəl televiziyalara heç kim qadağa qoya bilməz. Onlar xarici filmləri istədikləri kimi tərcümə edib, efirdə nümayiş etdirirlər. Əgər telekanallar peşəkar dublyaja nail olmaq istəyirlərsə, Kinostudiya ilə müqavilə bağlayıb, pul ödəyib filmləri dublyaj etdirə bilərlər. Bu da məcburi deyil, onların öz seçiminə bağlıdır. Əks halda, keyfiyyətli dublyajdan söhbət gedə bilməz".