Ermənistanın təhsil müəssisələrində minlərlə qanun pozuntusu qeydə alınıb


Dünya 10 Dek 2018 07:35:00 252 0

Ermənistanın təhsil müəssisələrində minlərlə qanun pozuntusu qeydə alınıb

Yanvarın 1-dən noyabrın 20-dək Ermənistanın ali, orta və ixtisaslaşdırılmış təhsil müəssisələri öz qanunsuz fəaliyyətləri ilə dövlətə 81 min dollardan çox ziyan vurublar.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.

"İK-nın ayrı-ayrı şöbələri 98 cinayət işinə baxıblar. Onlardan 77-si bölgələrdə qaldırılıb, 21 isə İrəvanda. Eyni zamanda ümumi təhsil müəssisələrində qanun pozuntuları ilə bağlı 75, məktəbəqədər təhsil müəssisəsi və kolleclərdə 15, ali məktəblərdə isə 8 cinayət işi açılıb", - deyə məlumatda bildirilir.

Cinayət işlərindən 3-ü məhkəməyə göndərilib, 18 iş üzrə icraat dayandırılıb, 75 cinayət işi ilə bağlı istintaq davam edir.