Analitik: "Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər"


Dünya 10 Dek 2018 07:07:00 337 0

Analitik: "Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər"

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində vətəndaş fəallığı gözlənilən səviyyədə olmadı. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, seçkilərdə fəallıq 48,63 faiz təşkil edib. Bu da onu göstərir ki, Ermənistanda keçirilən seçkilərdə insanlar seçkiyə şübhə ilə yanaşaraq demokratik keçirilmədiyini nəzərə alıb, səsverməyə getməyiblər".

Son.az "report"-a istinadən bildirir ki, bunu analitik Ehtiram Aşırlı Ermənistanda keçirilən erkən parlament seçkilərində seçici fəallığının aşağı olmasına münasibət bildirərkən deyib.