ABŞ-da qar və çovğuna görə 1,3 mindən çox aviareys təxirə salınıb


Digərləri 10 Dek 2018 06:34:32 265 0

ABŞ-da qar və çovğuna görə 1,3 mindən çox aviareys təxirə salınıb

ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında qar və çovğuna görə 300 mindən çox enerji təchizatının pozulması faktı qeydə alınıb.

Bakı. ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında qar və çovğuna görə 300 mindən çox enerji təchizatının pozulması faktı qeydə alınıb. Trend-in məlumatına görə, oxşar hallar Alabama, Corciya, Tennesi və Virciniya ştatlarında da baş verib. Şimali Karolina ştatının qubernatoru deyib ki, hava şəraiti 500 min insanı işıqsız qoya bilər.