Qocalmamaq indi öz əlinizdədir


Digərləri 09 Dek 2018 23:38:00 318 0

Qocalmamaq indi öz əlinizdədir

Qocalmağı gecikdirmək və gənc görünmək öz əlimizdədir. Bunun üçün xüsusi eleksirə, proseslərə heç bir gərək yoxdur. Bəs nə etmək lazımdır?

Son.az axşam.az-a istinadən bu barədə məlumat verir:

1. Yaşınıza uyğun qidalanın. Əgər cavansınızsa, sizin zülala daha çox ehtiyacınız var. Yox əgər yaşınız 40-ı keçibsə, sizə bol meyvə və tərəvəz lazımdır. Bu yaşda siz beta-karotinlə zəngin qidalar yeməlisiniz. 50 yaşdan yuxarı olan adamların rasionunda kəsmik, süd və süd məhsulları üstünlük təşkil eləməlidir.

2. Duzdan az istifadə edin. Duz ürək-damar xəstəliklərinin, arterial təzyiq xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir.

3. Bol su için. Çalışın, hər gün ən azı 2 litr su içəsiniz.

4. Sevdiyiniz işlə məşğul olun. Qazancınızın xoşunuza gələn işdən olmasına çalışın.

5. Sevib sevilməyə çalışın. Sevgi hissi insan orqanizminin cavan qalmasına səbəb olur.

6. Sevdiyiniz adamı tez-tez qucaqlayın. Mütəxəssisilər 20 saniyə ərzində sevdiyi adamla qucaqlaşanın qanında kortizol hormonunun artdığını söyləyirlər.

7. Günəşli gündə ən azı yarım saat piyada gəzin.