Xaçmazda piyadanı maşın vurub,


Digərləri 09 Dek 2018 21:19:00 273 0

Xaçmazda piyadanı maşın vurub,

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, axşam saatlarında rayonun Çaxçaxlı kəndində Ədalət adlı piyadanı "Niva" markalı maşın vurub, arxadan gələn "Qazel" markalı avtomobil isə sürətlə hərəkətdə olduğundan onun üzərindən keçib.

Vurulan piyadanın Xaçmaz morquna təhvil verildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl rayonun Çinartala kəndi ərazisi piyadanı maşın vuraq öldürüb.