Burada bakirələrin ərə getməsi qadağandır


Digərləri 09 Dek 2018 20:55:00 266 0

Burada bakirələrin ərə getməsi qadağandır

Evlilik sevən cütlüklərin ən ümdə arzusudur desək, yəqin ki, yanılmarıq. Amma bəzi ölkələrdə evliliklə bağlı elə adətlər var ki, gənclər toy etməkdən imtina etmək dərəcəsinə çatırlar.

Hindistan

Hindistanda gəlin və bəy üçün müqəddəs ocaq qalanır və ətrafına döşəkcə qoyulur. Bu ocağın başına 4 dəfə fırlandıqdan sonra döşəkcəyə ilk öncə kim oturarsa, evdə onun sözünün keçəcəyinə inanılır.

Şimali Koreya

Şimali Koreyada evlənərkən qaz və ördək əhəmiyyətli bir vasitədir. Qədimdə bəylər arxalarına qaz bağlayaraq at üzərində gəlinin evinə gedirlərmiş. İndi isə ördəyi simvolik, taxta ördək olaraq istifadə edirlər. Evlənməzdən qabaq gəlinin evinə taxta ördək yerləşdirilir. Cütlük taxta ördəyi tərs olaraq qoyarsa dava etdikləri, düz formada qalarsa yaxşı anlaşdıqları anlamına gəlir.

Vikinqlər

Vikinqlər dövründə gəlinlər açıq satışa çıxarılırdı. Bəy namizəd qızın üzərindən bir məbləğ müəyyən edib təqdim edir, qızın atası isə bazarlıq edirdi.

Bosniya və Hersoqovaniya

Bəy namizəd qızın evinə dəvət edilərək ailənin böyükləri tərəfindən evlilik haqqında sorğu-suala tutular. Qızın ailəsindəki böyüklər bir qərara gəldikdən sonra bəyə qəhvə təqdim edilir. Əgər qəhvə duzlu və turşdursa, o rədd edilmiş, şirindirsə uyğun görülmüş anlamına gəlir.