Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı


Dünya 09 Dek 2018 16:13:00 244 0

Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı

Belçikada koalisiya hökumətinin qurulmasında yaxından iştirak edən milliyətçi Yeni Flaman İttifaqı (N-VA) koalisiyadan ayrıldığını elan edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb olaraq miqrantlarla bağlı qanunun imzalanması göstərilib.

Daha öncə partiya lideri De Vyuver baş nazir Çarlz Mişelə qanunun imzalanmaması üçün xəbərdarlıq etmişdi.