NATO: "Rusiya Avropanı nüvə müharibəsi ilə təhdid edir"


Dünya 09 Dek 2018 15:13:00 259 0

NATO: "Rusiya Avropanı nüvə müharibəsi ilə təhdid edir"

NATO Rusiyanı 1987-ci ildə imzalanmış ortamənzilli nüvə raketləri ilə bağlı müqaviləni pozmaqda ittiham edir.

Son.az bildirir ki, musavat.com bu barədə xarici KİV-lərə istinadən məlumat verir.

NATO xarici işlər nazirləri üçün təşkil olunan iclasın ardınca verilən yazılı açıqlamada ABŞ-ın Rusiyaya qarşı olan ittihamlarını tam dəstəklədiyini bildirib.

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo da NATO-nun açıqlamasından sonra Rusiyaya imzaladıqları müqavilədən doğan şərtləri yerinə yetirməsi üçün 60 gün vaxt verildiyini söyləyib.

Rusiya isə müqavilənin şərtlərini pozmadığını bildirib.