Ermənistanda parlament seçkilərində seçici passivliyi müşahidə olunur


Digərləri 09 Dek 2018 14:15:43 205 0

Ermənistanda parlament seçkilərində seçici passivliyi müşahidə olunur

Ermənistanda növbədənkənar parlament seçkilərində yerli vaxt üzrə saat 11.00 üçün seçicilərin aktivliyi 7,76% təşkil edib

Bakı. Ermənistanda növbədənkənar parlament seçkilərində yerli vaxt üzrə saat 11.00 üçün seçicilərin aktivliyi 7,76% təşkil edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komitəsi sədrinin müavini Laura Qalstyan bildirib. L.Qalstyan deyib: "Saat 11:00 üçün seçkilərdə 201,2 min insan və ya seçicilərin 7,76 faizi iştirak edib".