Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb


Digərləri 09 Dek 2018 14:17:08 174 0

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb

Bakı. Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı ehtimalı var.