Bakıda bədii gimnastika üzrə beşinci Regionlararası Kubok başlayıb (FOTO)


Digərləri 09 Dek 2018 13:13:42 198 0

Bakıda bədii gimnastika üzrə beşinci Regionlararası Kubok başlayıb (FOTO)

Bu gün Bakıda Mİlli Gimnastika Arenasında bədii gimnastika üzrə beşinci Regionlararası Kubok başlayıb

Bakı. Cani Babayeva - Bu gün Bakıda Mİlli Gimnastika Arenasında bədii gimnastika üzrə beşinci Regionlararası Kubok başlayıb. Trend-in məlumatına görə, yarışlarda 2008-2010-cu il təvəllüdlü gimnastlar alətsiz və halqa ilə, 2006-2007-ci il təvəllüdlü gimnastların halqa və top ilə fərdi proqramda, eləcə də 2008-2010-cu il təvəllüdlü gimnastlar komandası halqa ilə və 2006-2007-ci il təvəllüdlü gimnastlar komandası lentlərlə qrup proqramında iştirak edəcək. Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.