Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb


Dünya 09 Dek 2018 12:08:00 245 0

Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Nazir deyib: "Saxlanılanların sayı Paris üçün bir rekord oldu və 1550-ni keçdi. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb".

Xatırladaq ki, ötən gün Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak edib.