Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 09 Dek 2018 09:05:00 227 0

Çaylarda suyun səviyyəsi dəyişib

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 237 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 142 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.