Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 09 Dek 2018 09:04:24 226 0

Çaylarda suyun səviyyəsi dəyişib

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Bakı. Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 237 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.