Fransada etiraz aksiyalarında


Dünya 08 Dek 2018 21:12:00 223 0

Fransada etiraz aksiyalarında

Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyasında 31 min nəfər iştirak edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes bildirib.

Parisdə etiraz aksiyalarında 2 min nəfər iştirak edir. Polis 361 nəfəri saxlayıb.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.