XristianDemokrat İttifaqının yeni baş katibi seçilib


Dünya 08 Dek 2018 20:56:00 231 0

XristianDemokrat İttifaqının yeni baş katibi seçilib

Xristian Demokratik İttifaqının (XDİ) "Junge Union" gənclər təşkilatının rəhbəri Paul Ziemiak partiyanın baş katibi postunda Anneqret Kramp-Karrenbauerin xələfi olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Zeit" nəşrinin yaydığı məlumata görə, Ziemiak XDİ-nin Hamburqda keçirilən qurultayın gedişində partiyanın baş katibi seçilib. Onun bu posta namizədliyini dekabrın 8-də Almaniya kansleri Angela Merkelin əvəzinə partiyanın sədri seçilən Kramp-Karrenbauer şəxsən irəli sürüb.