Bu qidalarla sümük qırılmalarından xilas olun


Digərləri 08 Dek 2018 20:35:00 269 0

Bu qidalarla sümük qırılmalarından xilas olun

Düzgün qidalanmaq sümük quruluşu üçün də vacibdir. Xüsusilə də sümük qırıqları ilə qarşılaşmamaq üçün yaşlı insanlar daha çox özlərinə diqqət etməlidirlər.

Son.az immunitet.az-a istinadən bildirir ki, türkiyəli travmatoloq Serdar Necmioğlu sümük quruluşu üçün doğru qidalanma haqqında danışıb. Onun sözlərinə görə, ilk olaraq ana südü uşaqlara verilməli. 15-20 yaş aralarında bu gücləndirilməlidir. Sümüklərin sağlamlığı üçün vitamin və minerallar düzgün şəkildə tənzimlənməlidir.

Kalsium - Sümükləriniz üçün mühümdür. Süd və süd məhsulları, fıstıq, qoz, fındıq, brokoli, yaşıl yarpaqlı tərəvəzlər, balıq və s yeyilməlidir.

A vitamini - Sümük inkişafı və böyüməsi üçün olduqca lazımdır. Süd, yumurta, balıq, qaraciyər, kivi, ərik, əncir A vitamini ilə zəngindir.