“Keçmiş jurnalist Sərkisyanı aldatdı” –


Dünya 08 Dek 2018 20:16:00 221 0

“Keçmiş jurnalist Sərkisyanı aldatdı” –

Dekabrın 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilər haqda BBC-nin yayımladığı məqalədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın çətin imtahan qarşısında qaldığı bildirilir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, məqalə müəllifi Paşinyanın seçkiləri tələsək keçirməsinə və bununla özünə rəqib olacaq siyasi qüvvələri neytrallaşdırmasına diqqət çəkib.

Məqalədə Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi, lakin onun verdiyi vədləri yerinə yetirməyin çətin olacağı vurğulanır:

"Keçmiş jurnalist, indi isə ölkəsinin əsas siyasi fiquru olan 43 yaşlı Nikol Paşinyan ermənilərin ümid yerinə çevrilib. Aprel ayında xalqı küçələrə çıxarmağı bacaran Paşinyan verdiyi vədləri yerinə yetirməlidir. İlkin gözlənti də seçkilərin demokratik şəraidə keçirilməsidir. Hələ ki cəmiyyət arasında öz populyarlığını qoruyan Paşinyan bu barədə özündə şübhə yaratmır. Amma seçkilərdən sonra vəziyyət başqa cür də ola bilər. Bunu zaman göstərəcək".