Ağdamda brakonyer saxlanılıb


Digərləri 08 Dek 2018 19:32:00 241 0

Ağdamda brakonyer saxlanılıb

Ağdam sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.

Son.az bildirir ki, bu haqqda DİN-dən məlumat verilib. Dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.