Sumqayıtda “KamAz” və “VAZ2107” toqquşub,


Digərləri 08 Dek 2018 19:33:00 440 0

Sumqayıtda “KamAz” və “VAZ2107” toqquşub,

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində "VAZ-2107" və "KamAZ" markalı avtomobillər toqquşub.

Bu haqqda DİN-dən məlumat verilib. Dekabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi "VAZ-2107" və Salyan rayon sakini Eyvaz Eyvazovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ"-dakı sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.