“Amazon” anbarında robot “təxribatı”:


Digərləri 08 Dek 2018 19:18:00 322 0

“Amazon” anbarında robot “təxribatı”:

"Amazon" şirkətinin Robinsvil şəhərində ( Nyu-Cersi ştatı) yerləşən anbarında qeyri-adi qəza baş verib. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi maddənin olduğu balonu aşırıb. Sprey şəklində olan həmin maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti korluğa səbəb olur.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Engadget"  məlumat yayıb.

Hadisə nəticəsində maddə yaxınlıqda olan insanların tənəffüs yoluna gedib və işçilərin halı pisləşib. 20-dən çox şirkət əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın baş verdiyi anbarda 3000-ə yaxın insan çalışır.