"Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır"


Digərləri 08 Dek 2018 19:19:00 293 0

"Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır"

Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Əflatun Amaşov deyib.

Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, məsuliyyətsizliyin digər tərəfi də var.

"Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin.

Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir.