Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün texnika


Digərləri 08 Dek 2018 18:24:00 282 0

Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün texnika

Lerik rayon Pirzəkücə kənd sakini, əvvəllər sürücü işləmiş Nemət Əliyev artezian quyu qazmaq üçün yeni texnika icad edib.

Bunun da səbəbi odur ki, dağlıq ərazilərdə su təchizatını təmin etmək üçün əhalinin çoxu çıxış yolunu öz həyətlərində artezian quyuları qazmaqda görür.

Son.az bildirir ki, Nemət Əliyevin Sputnik Azərbaycan-a dediyinə görə, ərsəyə gətirdiyi qurğunu hazırlamaq üçün xarici ölkələrin istehsalı olan avtomobil və digər texnikaların hissələrindən faydalanıb.

Onun icad etdiyi texnikanın mühərriki dizel yanacağı ilə işləyir, həcmi 2,3 kub santimetrdir. 130 at gücünə malikdir. Yanacaq sərfiyyatı da olduqca azdır.