Bakı sakininə qarşı quldurluq edən şəxslərə cəza verildi


Digərləri 08 Dek 2018 17:58:21 223 0

Bakı sakininə qarşı quldurluq edən şəxslərə cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Muradov 9 il, R.Qurbanov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.