Facebook öz mobil tətbiqində VİDEOMAĞAZA funksiyasını test edir


Digərləri 08 Dek 2018 15:29:00 216 0

Facebook öz mobil tətbiqində VİDEOMAĞAZA funksiyasını test edir

Facebook şirkətinin yeni təcrübəsi satıcılara öz məhsullarını canlı yayım formatında nümayiş etdirməyə imkan verəcək.

Son.az Technote-a istinadən bildirir ki, hal-hazırda bu yeni funksiya Taylandda sosial şəbəkənin ayrı-ayrı səhifələrində test olunur. Həmin səhifələrin abunəçiləri isə canlı yayımlar barəsində bildirişlər əldə edə və canlı yayım zamanı aktiv olan şərh bölməsində bu və ya digər məhsul ilə bağlı öz suallarını verə bilərlər.

Əgər satıcı tərəfindən təqdim edilmiş məhsul təklifi istifadəçinin diqqətini cəlb etsə, istifadəçi sadəcə olaraq məhsulun əks olunduğu ekranın fotosunu çəkərək Messenger vasitəsilə satıcıya göndərə bilər. Məhsulun alışında ödəniş prosesi də elə Messenger vasitəsilə reallaşdırılır. Servis ödənişlərin göndərilməsi və qəbulu üzrə komissiya əldə etməyəcək.