Başına daşla zərbələr endirib, qulağındakı sırğanı götürüb qaçdı və...


Digərləri 08 Dek 2018 15:19:00 194 0

Başına daşla zərbələr endirib, qulağındakı sırğanı götürüb qaçdı və...

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdəda təqsirləndirilən Azər Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Azər Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu ilin avqustun 30-da Nizami rayonunda naməlum şəxs Mənzurə Kərimovaya hücum edərək, əlində olan küt alətlə başına zərbələr endirib və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçıb.