Qızına qarşı iyrənc hərəkət edən atanın məhkəməsi başlayır


Digərləri 08 Dek 2018 14:29:00 276 0

Qızına qarşı iyrənc hərəkət edən atanın məhkəməsi başlayır

Yetkinlik yaşına çatmayan doğma qızına zorla seksual hərəkətlər edən atanın məhkəməsi başlayır.

Son.az Qafqazinfo-ya istinadən bildirir ki, Nuşirəvan Hacıyev barəsindəki cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub. Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızı Z-yə qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur..