Hindistanda avtobus dərəyə yuvarlandı


Dünya 08 Dek 2018 12:54:00 230 0

Hindistanda avtobus dərəyə yuvarlandı

Hindistanın Cammu və Kəşmir ştatında avtobus dərəyə yuvarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 11 nəfər həlak olduğu bildirilir.

Məlumata görə, daha 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib.