“Şəki” restoranının sahibinin oğluna cinayət işi açılıb


Digərləri 08 Dek 2018 12:59:00 255 0

“Şəki” restoranının sahibinin oğluna cinayət işi açılıb

Keçmiş deputat, "Şəki" restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.

Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.