Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başlayıb


Digərləri 08 Dek 2018 12:45:13 227 0

Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başlayıb

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başlayıb

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başlayıb. Trend-in məlumatına görə, yarışların üçüncü günündə 2008-2010-cu il təvəllüdlü gimnastlar alətsiz, halqa və iplə, 2006-2007-ci il təvəllüdlü gimnastların halqa, top, gürz və lentlərlə fərdi proqramda, eləcə də 2008-2010-cu il təvəllüdlü gimnastlar halqa ilə qrup proqramında iştirak edəcək. Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.