Tiflisə uçan təyyarələr Bakıya enir


Dünya 08 Dek 2018 11:59:00 212 0

Tiflisə uçan təyyarələr Bakıya enir

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində dünən axşam saatlarından etibarən qatı duman səbəbindən problem yaranıb.

Son.az Report-a istinadən xəbər verir ki, aeroportda bir sıra reyslər ləğv olunub və ya gecikmə ilə yerinə yetirilib.

"Qatar hava yolları"nın Doha-Tbilisi reysini yerinə yetirən təyyarəsi Bakı beynəlxalq hava limanına istiqamətləndirilib. Daha sonra təyyarə gecikmə ilə Tbilisidə enib.