Gələn il Apple Tesla'nı alacaq, Netflix isə öləcək


Digərləri 08 Dek 2018 08:31:00 242 0

Gələn il Apple Tesla'nı alacaq, Netflix isə öləcək

Danimarkanın investisiya bankı olan Saxo Bank 2019-cu il üçün inanılmaz proqnozlar irəli sürüb. Onların arasında gələn ildə Netflix-in çöküşü və Apple şirkətinin Tesla-nı alması var. Beləliklə bankın proqnozlarına əsasən bu iki ehtimalın baş verməsində əsas səbəb şirkətlərin maliyyə problemləri olacaq. Netflix platforması General Electric texnoloji şirkətin kredit bazarlarındakı nüfuzunun aşağı düşməsi hesabına milyardlarla dollar borcun içində batacaq. Bu isə öz növbəsində yüksək miqdarda borclar səbəbilə investorlarda panikanın yaranmasına gətirib çıxaracaq.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət hal hazırda 10 milyard dollarlıq borca sahibdir, investorlar öz vəsaitlərini aktiv şəkildə çıxardacaqlar. Bunun nəticəsində Netflix-də kontentlərin yaradılması dayanacaq, şirkət səhmləri aşağı düşəcək və Netflix öləcək. Bankın Apple ilə Tesla barəsində olan proqnozları daha realistik görünür. Bütün bu il ərzində elektromobil istehsalçısı olan Tesla maliyyə çatışmazlığı səbəbilə böyük problemlər yaşayıb. Bankın proqnozlarına əsasən 2019-cu ildə vəziyyət heç də dəyişməyəcək, elektromobil istehsalatında problemlər yaranacaq və şirkətin səhm qiymətləri aşağı düşəcək.