Android planşetləri üçün WhatsApp olacaq


Digərləri 08 Dek 2018 08:25:00 206 0

Android planşetləri üçün WhatsApp olacaq

"WhatsApp" messencerinin komandası planşetlərdə istifadə üçün optimallaşdırılmış və çoxdan gözlənilən proqramı təqdim etməyə hazırlaşırlar. Bu haqda "WABetaInfo" resursu məlumat verib.   Son.az ICTnews-a istinadən bildirir ki, messencerin beta-test proqramında iştirak edən istifadəçilər artıq proqramı "Google Play" mağazasından "Android" planşetə quraşdıra bilərlər.   Beləliklə, planşet üçün nəzərdə tutulmuş "WhatsApp" mobil tətbiqi, hələ ki, beta-test mərhələsindədir, nasaz işləyə bilər və natamam funksionallığa malikdir.   Planşetdə "WhatsApp" proqramından istifadə etməkdən ötrü SİM kart üçün slota malik model lazımdır.