Yeni fırıldaqçı virus yayılmağa başlayıb


Digərləri 08 Dek 2018 08:05:00 248 0

Yeni fırıldaqçı virus yayılmağa başlayıb

Çin ərazisində ölkənin populyar "WeChat" messenceri vasitəsilə yeni fırıldaqçı virus sürətlə yayılmağa başlayıb. Bu barədə "Velvet Security" şirkətinin hesabatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, zərərli proqram qurbanların fayllarını şifrləyərək 110 yuan (15 dollar) məbləğində pul tələb edir. Bundan başqa fırıldaqçı virus "Alipay", "NetEase", "Baidu Cloud Disk", "Jingdong", "Taobao", "Tmall", "QQ" və "AliWangWang" servisləri üçün istifadəçi hesablarının parollarını oğurlayır.

Məlumata görə, zərərli proqram dekabrın 1-də aktivləşməyə başlayıb. İndiyədək ekspertlər tərəfindən 100 mindən çox qurğunun virusa yoluxması qeydə alınıb.